Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada 17 nəfər koronavirusun yeni ştammına yoluxub
Rusiyada bu ilin aprel ayından indiyə kimi koronavirusun yeni ştammı olan “Eris”ə 17 nəfər yoluxub. Bu, yeni növ təhlükəlidirmi?
Koronavirusun yeni ştammları hər zaman görünür. Hələlik bunlar “Omikron”un başqa son variantlarından ağır deyil. Lakin onlardan bəziləri daha çox yayılmaq və yoluxdurmaq qabiliyyətinə malikdir.
Bu sözləri virusoloq Aleksandr Çepurnov deyib.
“Ciddilik baxımından əhəmiyyətli heç nə dəyişmir. “Eris” variantında kritik heç nə yoxdur. Biz qripə öyrəşdiyimiz kimi buna da öyrəşməyə doğru gedirik”, - Çerpunov əlavə edib.
Virusoloqun sözlərinə görə, koronavirusla (COVID-19) bağlı daha az optimist vəziyyət ABŞ və Yaponiyada yaranıb. Orada xəstələnmə hallarında artım var. Beş aydan bir tezliyi ilə yeni dalğalar meydana çıxır, lakin indi onlar çox insanın həyatına son qoymur.
“Virus daha az ölümcül və patogen olsa da, bütün dünyada insanlara təsir edən post-COVID sindromu problemi qalmaqdadır”, - deyə alim vurğulayıb.
Mənbə: nwsru
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər