Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada ata 10 yaşlı oğlunun barmağını kəsərək diri-diri yandırdı
Rusiyanın Smolensk şəhərində ata yaşadığı mənzildə 10 yaşlı oğlunun kiçik barmağını kəsərək onu döyüb və daha sonra diri-diri yandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.
Üçotaqlı mənzildə baş verən yanğından sonra məktəblinin cəsədi yanğınsöndürənlər tərəfindən tapılıb. Onlar uşağın bir barmağının olmadığını və cəsəd üzərində zorakılıq izləri olduğunu müəyyən ediblər.
51 yaşlı ata hadisədən sonra təqib edilərək saxlanılıb. Məlumata görə, uşağın anası 5 il əvvəl vəfat edib, o isə atası ilə tək yaşayırdı.
Həmin şəxsin 2022-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək bir müddət həbs cəzası çəkdiyi bildirilib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi
- "The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz
- Rusiya Sucaya nəzarəti bərpa edib
- Vayra Vike-Frayberqa: "Putin unudur ki, Rusiya Sovet İttifaqı deyil"
- Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana gətirildi