Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yataq otağında işıq - Nələri bilmək lazımdır?
Yataq otağında gecə vaxtı zəif işıqlandırma belə ürək-damar sisteminin sağlamlığına mənfi təsir göstərə bilər.
Oxu.Az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu nəticə Karolinska İnstitutunun (İsveç) alimlərinin apardığı yeni tədqiqatdan əldə olunub. Araşdırmanın nəticələri nüfuzlu "The Lancet Cardiovascular Research" jurnalında dərc edilib.
Tədqiqata rəhbərlik edən Professor Maykl Perres bildirib ki, yataq otağında işıqlandırma ilə arteriyaları zədələyən aterosklerozun sürətli inkişafı arasında aydın əlaqə müəyyən edilib.
Ateroskleroz zamanı damarların daxili qişasında, əsasən xolesterindən ibarət piy yığınları əmələ gəlir. Bu yığınlar arteriyaların daralmasına və hətta tam tıxanmasına səbəb olur ki, nəticədə toxumaların işemiyası, infarkt, insult və ürək çatışmazlığı kimi ciddi sağlamlıq problemləri yaranır.
Tədqiqat çərçivəsində alimlər yaş, bədən kütləsi, zərərli vərdişlər və ilkin sağlamlıq vəziyyəti kimi müxtəlif risk faktorlarını nəzərə alaraq, yetkin könüllülərin məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, yataq otağında süni işıqlandırma, digər faktorlardan asılı olmayaraq, ürək-damar patologiyalarının inkişaf ehtimalını artırır.
Alimlər hesab edir ki, bu təsirin əsas səbəbi orqanizmin sirkadiyan ritmlərini tənzimləyən melatonin hormonudur. Süni işıqlandırma melatoninin ifrazını zəiflədir, bu isə təbii bioloji prosesləri pozaraq aterosklerotik düyünlərin əmələ gəlməsinə, nəticədə isə ürək və damar problemlərinə səbəb ola bilər.
Mütəxəssislər yataq otağında işıqlandırmaya diqqət yetirməyi və mümkün qədər gecə vaxtı süni işıqdan uzaq durmağı tövsiyə edirlər.
"Yuxusuzluq problemi" teqi üzrə xəbərlər
- Nəyə görə şəkərdən imtina etmək OLMAZ? - Ekspertdən xəbərdarlıq
- Smartfonlar yuxumuzu necə "oğurlayır"?
- Matrasdakı sarı ləkələrdən necə xilas olaq? - Cəmi 5 tərkibdən ibarət qarışıq
- Yaz depressiyasına daha çox kimlər məruz qalır? - Psixoloqdan AÇIQLAMA
- Nahardan sonra insan niyə süstləşir, yuxusu gəlir? - Həkim vəziyyətdən çıxmağın yolunu açıqladı