Rusiyada fəaliyyət göstərən sığorta şirkətləri pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində avtomobillərə dəyən zərərin ödənilməsi məqsədilə xüsusi sığorta polisləri təqdim etməyə başlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "İzvestiya" qəzeti xəbər yayıb.
Sığorta şirkətlərindən biri iyul ayının sonunda yeni müstəqil polis növünü istifadəyə verib. Bu xidmətin illik dəyəri 4 000 rubldan (təxminən 80 manat) başlayır və 1 milyon rubla (9 892 manat) qədər sığorta təminatı verir.
Sözügedən sığorta növü dronların, eləcə də onların qalıqlarının düşməsi nəticəsində yaranan ziyanı, həmçinin bununla bağlı digər fəsadları əhatə edir.
İqtisadçılar bildirirlər ki, hazırda belə bir sığorta növü xüsusilə sərhədyanı bölgələrdə və tez-tez hücumlara məruz qalan ərazilərdə yaşayan vətəndaşlar üçün daha çox əhəmiyyət kəsb edir.