Rusiyanın Kamçatka diyarında bir nəfərin ölümünə səbəb olan ayı hadisə yerindəcə zərərsizləşdirilib. Bədbəxt hadisə Ust-Bolşeretsk rayonuna tabe olan Ozernovski qəsəbəsinin yaxınlığında baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə regional hökumət rəsmi saytında məlumat yayıb.
"Hadisə ilə bağlı şahidlərdən məlumat daxil olub. Dərhal operativ reaksiya qrupu hazır vəziyyətə gətirilib. Hadisə yerinə gələn polis əməkdaşları və könüllü ovçu ayını həlak olmuş balıqçının meyiti üzərində aşkar ediblər. İnsan həyatına birbaşa təhlükə yaratdığı və yırtıcının hərəkətlərinin qarşısının alınması zərurəti olduğu üçün ayı məhv edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə gələrək zərərçəkənin ölümünü təsdiqləyib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu, cari ildə Rusiyada yırtıcının insana hücum etdiyi ilk belə haldır.