Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada azərbaycanəsilli gənc əməliyyatdan sonra öldü
Rusiyanın Sankt-Peterburq şəhərində özəl klinikalardan birində ölüm hadisəsi baş verib. Ötən gecə 20 yaşlı oğlan badamcıqların çıxarılması əməliyyatından sonra həyatını itirib.
Oxu.Az-ın kp.ru-ya istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bildirilib ki, gəncin cəsədi ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün morqa göndərilib.
Qeyd olunub ki, gənc Azərbaycanda doğulub və daha sonra Sankt-Peterburqa köçüb. 2007-ci ildə Rusiya vətəndaşlığını alıb.
Sankt-Peterburqun istintaq orqanları tərəfindən hadisənin baş vermə şəraitinin aydınlaşdırılmasına və prosessual yoxlamalara başlanılıb.
"Sankt-Peterburq" teqi üzrə xəbərlər
- Gürcüstandan Rusiyaya uçan təyyarə qəza enişi edib
- Korluq, miqren və ölüm: Rusiyada ən təhlükəli "qatil" antifriz tapıldı
- Sankt-Peterburqda ad günündən qayıdanlar gölə "uçdular": Sərnişinləri buzların içindən çıxardılar
- Rusiya səmasında maraqlı işıqlar qeydə alındı
- Uşağı nəzarətsiz qoydular, əli eskalatorda ilişdi: Sankt-Peterburqdan qorxunc görüntü