Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Balıq ovu ilə məşğul olanların NƏZƏRİNƏ - Son iki gün
Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-də bitir.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırıb ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə olunmalı, kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir:
"Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar", - deyə məlumatda qeyd olunub.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)" teqi üzrə xəbərlər
- "Card to ART" sosial layihəsinə start verilib
- Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib
- Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
- Sakinlərin yuxusunu pozan "Çayka" - "Səsdən evdə oturmaq mümkün deyil"
- Bakı və Abşeronda tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?