Rusiyanın Ulan-Ude şəhərində kütləvi zəhərlənmə olub.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Şulon do” kafesində nahar edən 133 nəfər zəhərlənib.
Onlar xəstəxanada müayinə edildikdən sonra kütləvi zəhərlənməyə salmonellez infeksiyasının səbəb olduğu müəyyənləşib.
Zəhərlənən 64 nəfərinin vəziyyəti ağırdır. Hazırda kafe bağlanıb. Faktla bağlı cinayət işi qaldırılıb.
E.Ə.
www.oxu.az