Meksikada jurnalist Karlos Dominqes qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, “Diario de Nuevo Laredo” nəşrində çalışan K.Dominqes şəxsi avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən öldürülüb.
K.Dominqes siyasi mövzularda köşə yazılarının müəllifi olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Meksikanın paytaxtında tanınmış jurnalist Xose Xerardo Martines qətlə yetirilib. Meksikada 2017-ci il ərzində 12 jurnalist öldürülüb.
E.Ə.
www.oxu.az