2025-ci il sentyabrın 1-dən Rusiyada həm miqrantlar, həm də avtomobil sahibləri üçün dövlət rüsumları əhəmiyyətli dərəcədə artırıla bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" saytı məlumat yayıb.
Qeyd olunub ki, iyunun 30-da Rusiya Maliyyə Nazirliyinin bu qanun layihəsi hökumət komissiyası tərəfindən nəzərdən keçiriləcək. Miqrasiya orqanlarında qeydiyyat üçün rüsum 500 rubl, iş icazəsinin yenilənməsi - 4 200 rubl, patentin verilməsi və yenilənməsi eyni qiymətə, sentyabr ayından dublikat sənədlərin verilməsi isə 2 100 rubla başa gələcək.
Eyni zamanda, nəqliyyat rüsumları da artacaq. Sürücülük vəsiqəsinin qiyməti iki dəfə artacaq (4-6 min rubla qədər), nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin verilməsi dəyəri 1.5 dəfə (1200 rubla qədər) artacaq və sentyabr ayından etibarən plastik nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin verilməsi dəyəri artıq indi olduğu kimi 1 500 yox, 4 500 rubl olacaq.