Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada miqrantların uşaqları üçün pulsuz təhsilin ləğvi təklif edilir
Rusiya Dövlət Dumasında miqrantların uşaqları üçün pulsuz təhsilin ləğvi təklif edilib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, belə bir təkliflə Dumanın əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin sədri, Liberal Demokrat Partiyasının (LDPR) nümayəndəsi Yaroslav Nilov çıxış edib.
Deputat dövlətin əcnəbi vətəndaşları pulsuz təhsillə təmin etməsinə etiraz edib.
"Rusiyada miqrantların uşaqları üçün məktəblərdə pulsuz təhsil ləğv olunmalıdır, həmçinin rus dili üzrə testin verilmə cəhdlərinin sayı məhdudlaşdırılmalıdır", - deyə o bildirib.
Nilov hesab edir ki, miqrantların uşaqlarının təhsili üçün ödənişi onların valideynləri, işəgötürənləri, səfirliklər, fondlar və ya xarici dövlətlər etməlidir, Rusiya vergiödəyiciləri deyil. Onun sözlərinə görə, bölgələrin büdcəsindən miqrant uşaqlarına kurslar təşkil etmək üçün vəsait ayrılması yolverilməzdir.
"Rusiyada işləyən azərbaycanlılar" teqi üzrə xəbərlər
- Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi
- Rusiya miqrantlar üçün xəstəlik vərəqələrinin alınması şərtlərini sərtləşdirir
- Rusiyada əcnəbilərin bir kateqoriyası miqrasiya tələblərindən AZAD EDİLDİ
- Rusiya Dumasına MİQRANT PENSİYALARI ilə bağlı sərt təklif
- Rusiyada qanunsuz miqrant işlədənlər üçün cərimələr sərtləşdirildi