İranın Təl-Əvivə endirdiyi zərbələr nəticəsində Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı yaralanıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman "Facebook" hesabında məlumat verib.
"Təl-Əvivə hücum zamanı konsulumuzun və onun həyat yoldaşının yaralanması xəbəri məni sarsıtdı. Onların yaşadıqları binaya ziyan dəyib", - Xorvatiya XİN rəhbəri yazıb.
O, xəsarətlərin yüngül olduğunu və həyatları üçün təhlükə olmadığını qeyd edib.