Rusiyada ilk dəfə olaraq müsəlmanlar üçün mobil telefonlar satışa çıxarılıb.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, telefonların özəllikləri ondan ibarətdir ki, qurğuda namazlar üçün zəngli saat quraşdırılıb ki, o, istifadəçiyə gün ərzində 5 dəfə namaz vaxtını xatırladacaq.
Aparat İslamın üç ənənəvi rəngində təqdim olunur: yaşıl, açıq qırmızı və qara rəngdə. Korpus şərq üslubunda olan qızılı naxışla bəzədilib. Avadanlığın yaddaşında ərəb və rus dillərində Quran var. Rahat menyu surələri asan seçməyə imkan verir.
Telefona həmçinin 1.3 meqapikselli kamera, fonar və radio quraşdırılıb. Telefon 2 sim kartla işləyə bilir, Bluetooth и GPRS-i var. Telefonun yaddaşı 64 meqabaytdır.
Telefonun qiyməti 1 900 rubldur (24 manat).