Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada pensiya yaşı artırılır
Rusiya baş naziri Dmitri Medvedev hökumətin iclasında pensiya islahatlarından danışıb.
Oxu.Az xəbər verir ki, ölkədə pensiya yaşının artırılması 2019-cu ildən başlayacaq və kişilər üçün 2028-ci ildə, qadınlar üçün 2034-cü ildə bitəcək.
Yaxın illərdə pensiya yaşına çatanlar üçün xüsusi qaydalar tətbiq ediləcək.
1959-cu ildə doğulmuş kişilər və 1964-cü ildə doğulmuş qadınlar 2020-ci ildə 61 və 56 yaşlarında təqaüdə çıxa biləcək. 1960-cı ildə doğulmuş kişilər və 1965-ci ildə doğulmuş qadınlar 2022-ci ildə 62 və 57 yaşlarında pensiyaya çıxacaq.
Dmirti Medvedev qeyd edib ki, pensiya yaşını dəyişmədən Vladimir Putinin pensiyaların artırılması əmrini yerinə yetirmək mümkün olmayacaq.
"Vladimir Putin" teqi üzrə xəbərlər
- Putin MDB kəşfiyyat xidmətlərinə müraciət etdi
- Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin etdi
- Putin Ərdoğanla beynəlxalq vəziyyəti müzakirə edib
- Putin "Oreşnik" sisteminin seriyalı istehsalını elan edib
- Sadık Akyar: "Baydenin Ukrayna qərarı dünyanı müharibəyə sürükləyə bilər" - ÖZƏL
Rəylər