Rusiyanın Stavropol diyarında polis küçədə ürəyi dayanmış Azərbaycan vətəndaşını xilas edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ərazidə olan kinoloq İvan Busaryev mağazadan kiminsə kömək istədiyini eşidib.
İ. Busaryev mağazada nəbzi dayanmış kişini aşkar edib.
Polis serjantın etdiyi reanimasiya tədbirləri nəticəsində Azərbaycan vətəndaşının ürək fəaliyyəti bərpa olunub, kişi özünə gəlib.
E.Ə.
www.oxu.az