Şənbə günü Çexiyada prezident seçkilərinin II turu keçirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ilkin nəticələrinə görə, Miloş Zeman yenidən ölkə rəhbəri seçilib.
Zeman seçicilərin 52,94 faizinin səsini toplayıb.
Onun rəqibi – Çexiya Elmlər Akademiyasının sabiq rəhbəri İrji Draqoş səslərin 45,07 faizini toplamaqdadır.
Qeyd olunur ki, M. Zemanın lehinə 2,64 milyon seçici səs verib.
E.Ə.
www.oxu.az