Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində ölənlərin sayı 95, yaralananların sayı isə 158 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, Əfqanıstan DİN-i teraktla əlaqədə şübhəli bilinən 4 şəxsin saxlanıldığını bildirib.
“Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
17:03
Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində ölənlərin sayı 63, yaralananların sayı isə 151 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, ölkə polisi terrorla əlaqədə şübhəli bilinən 4 nəfəri həbs edib.
15:03
Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində 40 nəfər ölüb, 140 nəfər yaralanıb.
Oxu.Az Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, ölü və yaralı sayının artacağı istisna edilmir.
14:03
Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.
Oxu.Az ToloNews-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 11 nəfər ölüb, 75 nəfər yaralanıb.
Hadisə Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında, diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə törədilib.
İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb, nəticədə ətrafdakı binalara ziyan dəyib, şüşələr qırılıb.
Ölü və yaralı sayının artacağı istisna edilmir.
A.M.
www.oxu.az