Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatı prosesini yekunlaşdırıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə komissiyanın iclasında, komissiyanın sədri Ella Pamfilova açıqlama verib.
Onun sözlərinə görə, seçki bülletenində qeydiyyatdan keçmiş səkkiz namizədin adı yer alacaq.
Prezidentliyə namizədlər Sergey Baburin, Pavel Qrudinin, Vladimir Jirinovski, hazırkı prezident Vladimir Putin, Kseniya Sobçak, Maksim Suraykin, Boris Titov və Qriqori Yavlinskidir.
Seçki bülletenində adlar namizədlərin soyadlarının əlifba ardıcıllığı ilə sıralanacaq.
“Vətəndaş təşəbbüsü” partiyasından namizədliyi irəli sürülən Sobçak və Kommunist Partiyasından namizədliyi irəli sürülən Suraykin qeydiyyata alınmış sonuncu namizədlər olub.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.