Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyada qar apokalipsisi yaşanır - VİDEO
Bu səhər hava şəraiti fəlakətə düçar olan Uzaq Şərq sakinlərinin möhkəmliyini yoxlayıb. Siklon Saxalinə güclü küləklə müşahidə olunan qar fırtınalarını gətirib. Yarımadada aviareyslər təxirə salınıb, əsas avtomobil yolları və məktəblər bağlanılıb. Gecə ərzində 1,5 metr hündürlükdə qar yağıb. Sakinlər öz evlərindən çıxa bilməyib.
Oxu.Az REN TV-yə istinadən xəbər verir ki, yollarda kütləvi qəzalar, hətta piyada yollarını bağlayan qar uçqunları, şaxta və fırtına müşahidə olunub.
Nikolayevsk-na-Amurun digər yaşayış məntəqələrilə əlaqəsi faktiki olaraq kəsilib. Nəinki minik avtomobilləri, hətta ağır yük maşınları yollarda hərəkət edə bilmir.
Saxalində vəziyyət bundan fərqlənmir. Müəyyən müddətə bütün şəhərlərarası avtobusları təxirə salmaq ehtiyacı yaranıb, avtobuslar, sadəcə olaraq, şəhərlərdən çıxa bilməyiblər. İnsanlar evlərini belə tərk edib avtobuslara doğru hərəkət edə bilmirlər.
Lakin küçəyə çıxmaq mümkün olsa belə, daha sonra nə edəcəyini heç kəs bilmir. Bu çovğunda piyada işə getmək qeyri-mümkündür, maşınlar isə heç bir metr də irəliləyə bilmirlər. Təkərlər qarda fırlanmaqdan imtina edir.
Saxalindən 1000 km uzaqda yerləşən Kamçatkada vəziyyət eynidir. Yerli orqanlar məktəblərdə dərsləri təxirə salıb, yalnız hava limanı işləyir. Ancaq oraya da hamı gedib çıxa bilmir. Yollarda çoxlu sayda qəza, o cümlədən, kütləvi yol-nəqliyyat hadisələri baş verir.
Uzaq Şərqdə güclü qar yağışları nadir hadisə sayılmasa da və yerli sakinlər təbiətin bu nazına alışıblarsa da, Volqaboyunda bu cür qar yağışları böyük problemlərə çevrilə bilər.
Tatarıstanda təkcə dünən aylıq yağıntı normasının 1/3 hissəsi (üçdə bir) yağıb, fırtına isə davam edir. Bununla belə, Sakit okean sahilində müvəqqəti çətinliklərə baxmayaraq, Mərkəzi Rusiyada hələlik nəqliyyat çətinliklərindən qaçmaq mümkün olub.
Rəylər