Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada şagird müəllimini güllələyib – QƏTL ANI + VİDEO
İnternetdə Novokuznetskdə yerləşən uşaq-gənclər üçün atış idman məktəbində qətl anı əks olunan video yayılıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, nəzarət kameralarının kadrlarına şagirdlərdən birinin məşqçisini güllələdiyi an həkk olunub.
İndi bu video-yazı cinayət işinin ən əsas dəlillərindən biridir.
İnsident iyun ayının 13-də baş verib. 16 yaşlı şagird məşq zamanı məşqçisi Andrey Kiselevu idman tapançasından açdığı atəşlə başından vurub.
Gənc tapançanın boş olduğunu düşünüb və zarafatca müəlliminə tuşlayıb, bunu Rusiyanın İstintaq Komitəsinin regional şöbəsindən bildiriblər. Nəticədə gənc özü “təcili yardım” çağırıb, amma müəllimi xilas etmək mümkün olmayıb. Məşqçi tibb mərkəzinə aparılarkən yolda vəfat edib.
