Türkiyənin Diyarbəkir vilayətinin Liçe rayonundakı Yolaçtı kəndinin qəbristanlığında PKK terror təşkilatının həlak olmuş üzvləri üçün ayrıca məzarlıq olduğu aşkarlanıb. Bu azmış kimi, bu məzarlıqda PKK terrorçusu, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlardan birində öldürülmüş Mahsum Korkmaza abidə də qoyulub.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, bildirir ki, heykəllə bağlı Diyarbəkir valiliyi araşdırmalara başlayıb.
Abidənin açılış mərasiminə HDP üzvü, Diyarbəkirdən seçilmiş millət vəkili Nursel Aydoğan, DBP partiyasının həmsədrləri Emina Ayna və Kamuran Yüksek də qatılmışdılar. Mərasimdə minlərlə kürd iştirak edib.