Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarının doqquz vaqonu relsdən çıxıb.
Bu barədə Rusiya Dəmir Yollarının məlumatında deyilir.
Bildirilir ki, hadisə yerinə fövqəladə xidmətlər göndərilib və sərnişinlərə yardım üçün tədbirlər görülür. Ərazidə qatarların hərəkəti dayandırılıb.
Həlak olanlar və yaralananlarla bağlı məlumat dəqiqləşdirilir.
Mənbə: TASS
Rəylər