Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən bu gün Krasnoyarskda ictimai nəqliyyatda terror aktının qarşısının alınmasına dair məlumat yayıb. Cinayəti beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya vətəndaşları hazırlayıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, FTX-də saxlanılan şəxslər haqqında məlumat verilmir.
Məlumata görə, xüsusi xidmət əməkdaşları şübhəli şəxslərdən “terrorçu fəaliyyət vasitələrini” müsadirə ediblər.
“Mayın 6-da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Krasnoyarskda may bayramları dövründə ictimai nəqliyyatda terror aktına hazırlığın qarşısı alınıb. Beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarından ibarət qrup saxlanılıb”, - agentlik Xidmətin məlumatından sitat gətirir.