Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru, tanınmış müğənni Leyla Ramazanlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən töhmət almasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, müğənni Report-a açıqlamasında bunu normal qarşıladığını deyib:
“Fevral ayında işimdə olan nöqsanlarla bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən töhmət almışam. Hər işdə xırda nöqsanlar olur. Hazırda işlərim yaxşıdır, vəzifəmin başındayam”.