Sankt-Peterburq Politexnik universitetində ağciyərlərin onkoloji xəstəliklərini diaqnoz etməyə imkan verən intellektual sistem yaradılıb.
Oxu.Az xəbər verir ki, bu haqda təhsil müəssisəsinin saytında məlumat verilib.
Sistemə “Doctor Azimov” adı verilib. Sistemin proqram təminatı universitet mütəxəssisləri və Sankt-Peterburq kliniki elmi-praktik mərkəzinin həkimləri ilə birgə yaradılıb.
Bu proqram təminatını istənilən kompüterə quraşdırmaq mümkündür və o, ən qısa zamanda xəstələrin tomoqrafiyasının nəticələrini analiz edərək insanın orqanizminin durumu haqqında yekun qərar verə bilir.
Yenilik ondan ibarətdir ki, şiş kompakt histoqram şəklində əks olunur.
Sistem 2018-ci ildə sınaqdan keçirilib. Hazırda məlumatların təhlilinə 20 saniyə vaxt sərf olunur, alimlər isə bu göstəricinin iki saniyəyə bərabər olmasına çalışırlar.
Rəylər