Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xərçəngin qarşısını almağın yeni yolu tapıldı
Autofaqiya bədxassəli şişlərin inkişafının qarşısını almağa kömək edir. ABŞ və Almaniyadan olan tədqiqat qrupu belə bir nəticəyə gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə elmi məqalə “MedicalXpress” nəşrində dərc olunub.
Autofaqiya hüceyrənin lazımsız və ya disfunksional komponentləri özündən xaric etməsi mexanizmidir. Yunan dilindən hərfi tərcümədə “özünüyemə” anlamına gəlir.
Bu yaxınlarda Kaliforniyanın Con Salka adına Bioloji Tədqiqatlar İnstitutu və Almaniyanın Heydelberq Universitetindən olan ekspertlər autofaqiya mexanizminin bədxassəli şişə çevrilməzdən əvvəl qeyri-sağlam hüceyrələri məhv etməyə qadir olduğunu yazıb.
Bu tapıntı alimlər üçün bir qədər gözlənilməz olub. Fərziyyənin həqiqiliyinə əmin olmaq üçün alimlər test çərçivəsində xərçəngə meyilli sınaq hüceyrələrindən autofaqiya mexanizmini “söndürüb”. Bu zaman onlar parçalanmağa davam edib və ölümcül xəstəlik meydana gətiriblər.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər