Rusiyanın Rostov şəhərində yerləşən ən böyük əşya bazarı sayılan “Temernik”də baş verən yanğın söndürülüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Son məlumatlara görə, yanğının sahəsi 4 min kvadratmetr olub.
Hadisə zamanı xəsarət alan yoxdur.
Mənbə: TASS
00:35
Rusiyanın Rostov şəhərinin ən böyük əşya bazarı olan “Temernik” yanır.
Yanğın sahəsi 3000 kvadratmetrdən çoxdur.
İlkin məlumata görə, yanğın ticarət pavilyonlarından birində başlayıb, sonra digərlərinə keçib. İnsidentə pirotexnika və ya elektrik naqilləri səbəb ola bilər.
Köşklərinin sahibləri mallarını xilas etməyə çalışırlar.
Yerli sakinlər bazarda “partlayış səsləri” eşitdiklərini bildiriblər.
Rusiyada yanan əşya bazarı söndürülüb - YENİLƏNİB + VİDEO
Mənbə: Baza
Rəylər