Rusiyanın Tümen şəhərində 16 yaşlı yeniyetmə çoxmərtəbəli binanın 22-ci mərtəbəsindən lift şaxtasına düşüb, lakin sağ qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tümen vilayətinin prokurorluğu "MAX" mesencerində məlumat yayıb.
Bildirilib ki, prokurorluq şəhərdəki binalardan birində yeniyetmənin lift şaxtasına düşməsi faktı ilə bağlı araşdırmaya başlayıb.
Hadisə noyabrın 14-də baş verib. Məlumata görə, yeniyetmə Çelyabinsk şəhərindən dostunun yanına qonaq gəlib. Dostu onun damlarda təhlükəli hərəkətlər etməklə - rufinqlə məşğul olduğunu bildirib.
Tümen vilayətinin Səhiyyə Departamentinin məlumatına görə, təcili tibbi yardım briqadası çağırışdan 12 dəqiqə sonra hadisə yerinə çatıb. Yeniyetmə son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda ona zəruri tibbi yardım göstərilir.
Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsi hadisə ilə bağlı cinayət işi açıldığını bildirib. Hazırda müstəntiqlər hadisənin bütün təfərrüatlarını araşdırırlar.