Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Moskvada Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşlarına və onların ailə üzvlərinə qarşı sui-qəsd cəhdlərinin qarşısını alıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzindən bildirilib.
Qeyd edilir ki, sui-qəsdlərin hazırlanması ilə Ukraynanın xüsusi xidmət orqanları məşğul olub.
"Həyata keçirilən tədbirlər nəticəsində göstərilən sui-qəsdlərin hazırlanmasında iştirak edən Rusiya vətəndaşı olan dörd nəfər saxlanılıb", - deyə məlumatda əlavə edilib.
FTX-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanlarının agentləri Moskvada hərbiçilərin qətli üçün poverbank və sənəd qovluğu şəklində maskalanmış bombalardan istifadə etməyi planlaşdırıblar.
Xatırladaq ki, dekabrın ortalarında Moskvada Rusiya ordusunun Nüvə, Kimyəvi və Bioloji Silahlardan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpova qarşı sui-qəsd həyata keçirilib.
"Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX)" teqi üzrə xəbərlər
- Gündə bir milyon dollar: Rusiya FTX qlobal çağrı mərkəzləri şəbəkəsinin fəaliyyətini dayandırdı
- Rusiya FTX rəhbəri: "NATO Xəzər dənizinə çıxmağa çalışır"
- Rusiya FTX-nin direktorundan bəyanat: "Peycerlərin MDB ölkələrində də partladılması təhlükəsi var"
- Bortnikov: "NATO "sülhməramlı" adı altında öz kontingentini Cənubi Qafqazda yerləşdirməyə çalışır"
- Rusiyada kilsəyə terror hücumunun qarşısı alındı
Rəylər