Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada zəlzələ oldu, vulkan püskürməyə başladı
Rusiyanın şərqində, Kamçatkada 6.3 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri Nikolskoye kəndindən 101 km şimal-qərbdə yerləşib. Yaşayış məntəqələrində yeraltı təkanlar 4 bala qədər hiss olunub.
Bundan əlavə, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı vulkan püskürməsinin başladığını bildirib.
"Kluçevski vulkanının kraterində parıltı müşahidə edilib, bu yeni püskürmənin başlanğıcıdır deməkdir", - məlumatda deyilir.
"Təbii fəlakət" teqi üzrə xəbərlər
Ən çox oxunanlar