Aşağı palatanın deputatı, “Rodina” partiyasının sədri Aleksandr Juravlev öz kolleqalarına Dövlət Duması adından Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına inkişafın olmadığı üçün Haaqa tribunalının ləğv edilməsi haqqında təklif göndərməyi tövsiyə edib.
Oxu.Az bu barədə “İzvestiya” qəzetinə istinadən xəbər verir.
Daha öncə Rusiyanın Xarici İşlər Nazirliyi iddia edirdi ki, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın onun işində sistem çatışmazlıqlarından xəbər verir.
Parlamentarinin sözlərinə görə, Beynəlxalq tribunalın hüquq pozuntuları üzrə araşdırmasında irəliləyişin olmaması, BMT Təhlükəsizlik Şurasının rəhbərliyi altında beynəlxalq cinayət ədalət məhkəməsi ideyasını diskreditasiya edir.
“Mən Dövlət Dumasına, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına Beynəlxalq tribunalın fəaliyyətini tənqid edilməsi, onun BMT-nin Təhlükəsizlik Şurasının 1966 (2010) bəyanatına müvafiq olaraq işinin dayandırılması üçün tədbirlərin görülməsi, Beynəlxalq tribunal tərəfindən qəbul edilmiş qərarların isə qanuni məhkəmə orqanlarına yenidn baxılması üçün verilməsi təklifi ilə müraciət etməyi tövsiyyə edirəm.
Biz Haaqa tribunalının cəzavermə orqanına çevrildiyini və ABŞ sifarişlərinin yerinə yetirdiyini görürük. İndsanlar konkret ittiham və törədilən cinayətin dəlil bazası olmadan on illəlrə müttəhimlər skamyasında otururlar.
Biz isə, hansısa əfsanəvi “böyük avropa ədalət məhkəmsindən” danışırıq – bu isə gülməlidir. Ona görə də biz: ya bu institut qanun ilə işləyir, yaxud da bir çox cinayətlərə məhəl qoymadfan yalnız serbləri təqib edən bu tribunalın heç kimə lazım olmadığı məsələsini qaldırmalıyıq”, - Aleksey Juravlev öz təklifini şərh edib.