“Yetenek Sizsiniz Türkiye” və “Survivor Məşhurlar-Könüllülər” yarışmasında aparıcılıq edən Alp Kırşan aktrisa Zeynep Dörtkardeşler ilə ailə həyatı qurub.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oktyabr ayının sonunda İzmirdə nişanlanan cütlük “Yetenek Sizsiniz Türkiye” yarışmasının çəkilişləri üçün gəldikləri Muğlanın Ula mahalı Akyaka Məhəlləsində “Ottoman Palace Otel”də evlənib.
Cütlüyün nikahını Ula Bələdiyyə başçısı Ümid Karaaslan kəsib. Nikah şahidliklərini isə Acun Ilıcalı və Oğuz Qılınc edib.
Nikah mərasiminə gəlin və kürəkənin yaxınları ilə bərabər “Acun Media”nın işçiləri də qatılıb.
Mərasim mətbuat nümayəndələrinə qapalı keçirilib.
Aytən Sadıqzadə