Rusiyalı basketbolçu Daniil Kasatkin ABŞ-nin sorğusu əsasında Fransada saxlanılıb.
Oxu.Az bu barədə "Agence France-Presse"ə istinadla xəbər verir.
Agentliyin məlumatına görə, Kasatkin haker qrupunda iştirakda şübhəli bilinir.
Basketbolçunun özü bütün ittihamları rədd edib. Onun sevgilisinə evlilik təklifi etmək üçün Parisə getdiyi qeyd edilir.