Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyalı deputatın avtomobili qəzaya düşdü - ANBAAN GÖRÜNTÜLƏR
Rusiya Dövlət Dumasının deputatı Aleksey Ezubov Moskva vilayətinin Obuşkovo kəndi yaxınlığında qəzaya düşüb.
Deputatın yüksək sürətlə idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıdan gələn "Land Rover" markalı maşınla toqquşub.
Hər iki avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib. Aleksey Ezubova kəllə-beyin travması, beyin silkələnməsi, çoxsaylı qançırlar və sıyrıqlar diaqnozu qoyublar. "Land Rover"i idarə edən Yevgeni Lisisinə də oxşar diaqnoz təyin edilib.
Hadisə şahidlərinin sözlərinə görə, Ezubov spirtli içkinin təsiri altında olub.
Deputatın tibbi müayinəsinin nəticələri hələ ki açıqlanmayıb.
Mənbə: "Baza" "Telegram", "112" "Telegram"
"Rusiya Dövlət Duması" teqi üzrə xəbərlər
- Rusiya təbliğatının ənənəvi aqressiyası - Azərbaycanın haqlı tələblərinə şantajla cavab
- Rusiyada uşaqlarla bağlı maraqlı təklif: Valideynin icazəsi olmadan öz adlarını dəyişə biləcəklər?
- Volodin: "Putinə qarşı sui-qəsd hazırlamaq nüvə müharibəsinin başlanmasına birbaşa yol açır"
- Rusiya dövlət dumasının vitse-spikeri: "İqlimi müdafiə edən parlamentin səsi eşidilməlidir"
- Rusiyada uşaqlar spirtli içki içdikləri üçün valideynlər cəzalandırıla bilər