Rusiyanın Yakutiya Respublikasının gənclərlə iş və sosial kommunikasiyalar naziri Petr Şamayev Ukrayna ilə müharibə zonasında döyüş tapşırığını yerinə yetirərkən yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Yakutiya hökumətinin sədri Kirill Bıçkov "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Şamayev ağır xəsarət alıb. Lakin Bıçkov nazirin vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.