Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın dövlət büdcəsi yanvarda proqnozdan artıq icra edilib
2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4.051,4 milyon manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 91,3 milyon manat və ya 2,3 faiz çox olub. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2.259,9 milyon manat, Dövlət Gömrük Komitəsindən 487.2 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3.3 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1.206,8 milyon manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57.2 milyon manata, sair daxilolmalar isə 37 milyon manata bərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2.339,6 milyon manat təşkil edib ki, bu da aylıq proqnozdan 12.5 milyon manat və ya 0.5 faiz çoxdur.
Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda 2030-cu ilədək məktəb avtobuslarından istifadə təmin olunacaq
- İlham Əliyevdən Bakıda və ətraf ərazilərdə nəqliyyatın təkmilləşdirilməsinə dair SƏRƏNCAM
- Azərbaycanın dövlət borcu açıqlanıb
- Ötən il azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlanıb
- Azərbaycanın icmal büdcəsinin profisiti iki dəfə azalıb