Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyalı səfir: "Ermənistan seçim etməlidir"
"Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının (Aİ) üzvü ola bilməz, ölkə seçim etməlidir".
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin Ermənistan KİV-ə müsahibəsində deyib.
"Rusiya tərəfi əvvəlcədən hər şeyi dəqiq şəkildə bəyan edib: ya Aİ, ya da Avrasiya İqtisadi İttifaqı - hər ikisində olmaq mümkün deyil. Bu, Rusiya tərəfinin mövqeyi deyil, obyektiv gerçəklik məsələsidir, çünki dövlət iki ittifaqın eyni vaxtda üzvü ola bilməz" , - deyə o bildirib.
Səfir əlavə edib ki, Qərb qüvvələrinin vədləri deyil, Rusiyanın 102-ci hərbi bazasının və sərhədçilərin mövcudluğu Ermənistanın təhlükəsizliyini təmin edir.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiyada ilk "araq içmək" elektromobili düzəldildi
- Rusiyada domofonlara haker hücumu: İnsanlar evlərinə daxil ola bilmirlər
- Trampın köməkçisi: "Ukrayna prezident seçkisi keçirməyə razılıq verib"
- "Crocus City Hall"da törədilən terrorla bağlı yeni detallar açıqlanıb
- Rusiyada "itbazları yandırmağa hazıram" deyən deputat mandatından məhrum ola bilər