Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyanın bölgədəki fəaliyyətindən narahat olan ABŞ Tunisə hərbi qüvvə göndərir
ABŞ Rusiyanın Liviyadakı fəaliyyətindən narahat olaraq Tunisə qoşun göndərməyi planlaşdırır.
“İnterfaks” bu barədə ABŞ-ın Afrikadakı komandanlığına istinadla xəbər yayıb.
“Rusiya Liviya münaqişəsini alovlandırmağa davam etdiyi müddətdə Şimali Afrikada regional təhlükəsizlik çox ciddi narahatlıq doğurur.
Tunislə qarşılıqlı təhlükəsizlik problemlərini həll etmək üçün yeni yolları, o cümlədən təhlükəsizlik komandamızdan istifadə etməyi nəzərdən keçiririk”, - deyə, komandanlıqdan bildirilib.
"Liviya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar