Rusiyanın Ermənistandakı hərbi bazasında rus hərbçilərinin hərbi hazırlığının qəfil yoxlanması başlayıb.
Oxu.Az bu barədə TASS- a istinadla xəbər verir.
“Cənub hərbi dairəsinin komissiyası dairənin komandir rəisinin müavini general-leytenant İqor Turçenyukun rəhbərliyi altında Ermənistanda olan Rusiya hərbi bazasının hərbi hazırlığının qəfil yoxlanmasına başlayıb”, - Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib.
Həyacan siqnalı ilə ayağa qaldırılmış bölmələrin hərəkətləri video müşahidə altında həyata keçiriləcək.
Qəfil yoxlama zamanı komissiya Erebunidə və Gümrü harnizonunda aviasiya bölməsinin növbətçi qüvvələrinin döyüş hazırlığı ilə bağlı tapşırıqların yerinə yetirilməsini öyrənəcək.
www.oxu.az