Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları iyun ayının sonunda 8 milyard 520,2 milyon dollar təşkil edib.
Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
AMB-nin məlumatına görə, son bir ayda valyuta ehtiyatlarının həcmi 89,4 milyon dollar və ya 1%-ə yaxın artıb.
Qeyd edək ki, bankın valyuta ehtiyatları may ayının sonunda 8 milyard 430 milyon dollar təşkil etmişdi və elə həmin ayda bu il ərzində ilk dəfə artım (0,5% yaxud 42,9 milyon dollar) qeydə alınmışdı.
Ülviyyə R. Əli
www.oxu.az