Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyanın Marseldəki konsulluğuna HÜCUM ANI: Partlayış törədənlərin kimliyi təəccübləndirdi
Marseldə Rusiya Baş Konsulluğunun ərazisində partlayış törətməkdə şübhəli bilinən iki nəfər Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) tədqiqatçılarıdırlar. Onlardan biri mühəndis, digəri isə kimyaçı kimi fəaliyyət göstərir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Fransanın BFMTV televiziya kanalı xəbər verib.
Onlar özlərinə qarşı ifadə verərək törətdikləri hadisədə günahlarını etiraf ediblər.
Dəqiqləşdirilir ki, təxminən 50 və 40 yaşlarında olan şübhəli şəxslər təkcə faktları etiraf etməyiblər, həm də öz hərəkətləri barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, Marseldə partlayış fevralın 24-də baş verib. Naməlum şəxslər diplomatik nümayəndəliyin ərazisinə üç partlayıcı maddə ilə dolu şüşə atıblar, onlardan ikisi partlayıb. Rusiyanın Fransadakı səfirliyi partlayış nəticəsində heç kimin zərər görmədiyini bildirib.
Marsel Prokurorluğu araşdırmaya başlayıb və bu işi partlayıcı və ya yandırıcı maddələrlə vandalizm kimi qiymətləndirib. Rusiya İstintaq Komitəsi isə hadisə ilə bağlı Cinayət Məcəlləsinin "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya müəssisələrə beynəlxalq münasibətləri çətinləşdirmək məqsədilə hücum" üzrə cinayət işi qaldırıb.
Sosial şəbəkələrdə partlayış anının görüntüləri yayılıb.