Rusiyanın Federasiyasının müdafiə naziri Sergey Şoyqu işgüzar səfərlə Ankaraya (Türkiyə) yollanıb.
O, burada Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Suriyadakı vəziyyəti müzakirə edəcək, - RİA “Novosti” yazır.
“Görüş zamanı əsas diqqəti Suriya nizamlamasının müxtəlif aspektlərinin müzakirəsinə yönəltmək planlaşdırılır”, - rusiyalı nazirin mətbuat katibi Rossiyana Markovskaya bazar ertəsi jurnalistlərə bildirib.
R.Markovskaya səfərin birgünlük olacağını qeyd edib.