Rusiya 2036-cı ildən əvvəl artıq NATO-ya hücum edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.
Ekspertlər hesab edirlər ki, Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya öz silahlı qüvvələrinin əhəmiyyətli bir hissəsini tez bir zamanda yenidən qura və NATO-nun şərq sərhədlərində cəmləşdirə bilər.
Hesabatda həmçinin qeyd olunur ki, Rusiya yeni döyüş strategiyaları hazırlayır. Moskva zirehli texnikanın kütləvi istifadəsi olmadan əməliyyatlar və tam hava nəzarəti olmadan düşmənin arxa bölgələrinə zərbələr endirmək üzrədir.
İnstitut hesab edir ki, NATO ölkələri Rusiyadan gələ biləcək təhlükəyə əvvəlcədən hazırlaşmalıdırlar.