Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyanın nüvə doktrinasını dəyişməsinə ABŞ-dən CAVAB TƏLİMLƏRİ
Rusiyanın nüvə doktrinasına dəyişikliklərlə bağlı ilk təkliflərdən sonra ABŞ-də strateji nüvə qüvvələrinin təlimi keçirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Rybar" tg-kanalı məlumat yayıb
Rusiyanın nüvə doktrinasına dəyişikliklərlə bağlı ilk təklifləri ölkə Prezidenti Vladimir Putin səsləndirib.
Bundan dərhal sonra ABŞ-də strateji nüvə qüvvələrinin təlimi baş tutub. İki nüvə silahı daşıyan B-52N təyyarəsi Sakit okean üzərində havaya qalxıb.
Eyni zamanda, ABŞ-nin qərb sahillərində nüvə sualtı qayığı hərəkətə keçib.
Qərb Sahilində oxşar məşq sonuncu dəfə 2023-cü ilin mayında baş verib.
Rusiya doktrinasında əhəmiyyətli dəyişiklikləri, eləcə də Asiya-Sakit okean regionunda artan gərginliyi nəzərə alsaq, bu təlimlər ABŞ nüvə qüvvələrinin hazır olduğunu nümayiş etdirmək üçün siyasi motivli görünür.
"Nüvə silahı" teqi üzrə xəbərlər
- Polşa Rusiyadan qorunmaq üçün nüvə silahı istəyir
- İsrailin mayda İrana zərbə endirmək planına ABŞ-dən gözlənilməz CAVAB
- ABŞ və İran arasında danışıqların ikinci raundunun harada keçiriləcəyi məlum oldu
- İran XİN ABŞ ilə razılaşma üçün şərtləri açıqlayıb
- İranlı deputat: "Tehran nüvə silahı yaratmağa yaxındır"