Rusiyanın tanınmış rejissoru Nikita Mixalkovun aktrisa qızı Nadejda Mixalkovanın Xantı-Mansi Muxtar Dairəsinin (XMMD) qubernatoru Ruslan Kuxarukla gizli şəkildə ailə qurduğu və onların bir qız övladının dünyaya gəldiyi bildirilir.
Oxu.Az bu barədə "StarHit" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, körpəyə Yekaterina adı verilib.
Mixalkova Kuxarukla 2025-ci ilin martında Xantı-Mansidə keçirilən "Alov ruhu" festivalında tanış olub. Cütlük ilk dəfə oktyabrın 1-də ictimaiyyət qarşısına birlikdə çıxıb. Onlar XMMD-nin paytaxtındakı "Yuqra-Klassik" mərkəzində Nikita Mixalkovun yaradıcılıq gecəsində iştirak ediblər.