Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 46 250 hərbçisini itirib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 936 tank, 4 251 zirehli döyüş maşını, 1040 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 834 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 162 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.
