Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 190 510 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 699 tank, 7 189 zirehli maşın, 2 914 artilleriya sistemi, 544 reaktiv yaylım atəşi sistemi, 295 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 475 PUA, 932 qanadlı raket, 18 gəmi/qayıq, 5 842 avtomobil texnikası və avtosistern, 357 xüsusi texnikadan ibarətdir.
