Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 231 700 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 062 tank, 7 917 zirehli maşın, 4 288 artilleriya sistemi, 656 reaktiv yaylım atəşi sistemi, 395 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 309 helikopter, 3 614 PUA, 1 264 qanadlı raket, 18 gəmi/qayıq, 6 865 avtomobil texnikası və avtosistern, 598 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.
