Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 249 110 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 232 tank, 8 251 zirehli maşın, 4 943 artilleriya sistemi, 704 reaktiv yaylım atəşi sistemi, 466 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 311 helikopter, 4 116 PUA, 1 347 qanadlı raket, 18 gəmi/qayıq, 7 422 avtomobil texnikası və avtosistern, 730 xüsusi texnikadan ibarətdir.
