Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 277 320 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 679 tank, 8 962 zirehli maşın, 6 375 artilleriya sistemi, 793 RYAS (reaktiv yaylım atəşi sistemi), 535 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 957 operativ-taktiki PUA, 1 529 qanadlı raket, 20 gəmi/qayıq, bir sualtı qayıq, 8 815 avtomobil və sistern, 929 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
